Şanlıurfada bacılar atalarının həbsdən çıxacağını eştdikdən sonra dəhşət saçıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, atalarının azadlığa buraxılması xəbərindən sonra bacılardan 17 yaşlı Z.N bıçaqla biləklərini kəsib, 23 yaşlı R.N yaşadıqları binanın 5-ci mərtəbəsinə çıxaraq özünü atmaq istəyib.

Polis bacıları çətinliklə razı salıb. Bacılar iddia edir ki, ataları onlara təcavüz edib. İddiaya görə, məhkəməyə gedən 17 yaşlı Z.N. vəkillə danışıb. Vəkil ona atalarının həbsxanadan çıxma ehtimalının olduğunu deyib.

Bu xəbədən sonra evə gedən Z.N., otağına girib qapını bağladıqdan sonra biləklərini kəsib. Digər bacı R.N. isə binanın 5-ci mərtəbəsinə çıxaraq intihara cəhd edib.

Qonşular polisə, təcili yardıma və xilasetmə qüvvələrinə xəbər verib. Hadisə yerinə gələn polis əməkdaşları bacıları evdən çıxarmaq üçün razı sakmağa çalışıb. Biləklərini kəsən və qanlar içində olan Z.N. isə balkona çıxaraq evə prokrorun gəlməsini və onları dinləməsini tələb edib.

Qızların anası A.N.də gözyaşları içində qızlarını intihar cəhdindn çəkindirmək üçün yalvarıb. Polisin də danışıqları ilə bacılar 4 saatdan sonra evin qapısını açaraq polis əməkdaşlarının, səmiyyə işçilərinin içəri daxil olmasına icazə verib.

Bacıların ifadəsi alındıqdan sonra polis araşdırmaya başlayıb.

Məlumatda bildirilir ki, 3 qızı və əri ilə birlikdə yaşayan A.N iyulun 25-də polis bölməsinə gedərək qızları R.N., Z.N. və Z.N-nin lal və kar olan həyat yoldaşı H,N tərəfindən cinsi istismar edildiyini deyib.

Qadının şikayətindən sonra hərəkətə keçən polis H.N-ni tutub. Məhkmə qarşısına çıxarılan kişi "cinsi istismarda ittiham edilərək həbs edilib.