Prezident İlham Əliyev Mahir Quliyevin 2-ci dərəcəli "Vətənə xidmətə görə ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, sərəncama əsasənAzərbaycan ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Mahir Hacı oğlu Quliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə ordeni ilə təltif olunub.

Qeyd edək ki, M. Quliyev 26 aprel 2011-ci ildən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyır