Azərbaycan Cənubi Sudana sülhməramlılar göndərəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Birləşmiş Millətlər Təşkilatının mandatı altında Cənubi Sudanda həyata keçirilən beynəlxalq missiyada Azərbaycan sülhməramlılarının iştirakı planlaşdırılır.

Hərbi qulluqçularımızın 2019-cu ilin yanvar ayında Cənubi Sudanın paytaxtı Cuba şəhərinə ezam olunması nəzərdə tutulub.