ABŞ-da qəribə hadisə baş verib. Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 31 yaşlı Rebeka Lin Felps sevgilisi ilə cinsi münasibətdə olmaq istəyib. Ancaq sevgilisi onun bu istəyini geri çevirib. Sevgilisinin rədd cavabına əsəbləşən qadın onu döyüb.

Qadın bu davranışına görə tutulub.

Məlum olub ki, Rebeka eyni cinayətə görə 14 ay əvvəl də həbs olunubmuş. Məhkəmə, Rebeka üçün uzaqlaşdırma qərarı verib. Həbs olunan qadın 100 dollar pul cəzası ilə sərbəst buraxılıb.