"Biz yekun nəticələri gözləyəcəyik. Çünki seçicilərin əksəriyyəti saat 17:00-dan sonra səsverməyə qatılıb.
Unikal.org xəbər verir ki, bunu Vahid Milli Hərəkat Partiyasının (VMHP) prezidentliyə namizədi Qriqol Vaşadze "ekzit-poll"un nəticələrini şərh edərkən bildirib.
Qriqol Vaşadze bildirib ki, Gürcüstan tarixində belə bir seçki görülməyib: "Hakimiyyət bacardığı qədər hamını - bütün cinayətkarları, rüşvətxorları, narkotik alverçilərini seçkiyə cəlb etmişdi".