Gürcüstan Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turu ilə bağlı ilkin nəticələri açıqlayıb.

Unikal.org
xəbər verir ki, Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabişvili səslərin 57,48%-ni (315 697 səs), müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 42,52%-ni (233 563 səs) əldə edib.

İlkin nəticələr 1 337 seçki məntəqəsini əhatə edir.