Azərbaycan Respublikasının Prezidentiİlham ƏliyevTailandın Kralı Əlahəzrət Maha Vaciralonqkorn Bodindradebayavaranqkuna təbrik məktubu ünvanlayıb.

Unikal.org-un məlumatına görə, təbrik mətnində deyilir:

"Əlahəzrət,

Tailand Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Tailand xalqına daim sülh və rifah arzulayıram".