Z.Bünyadov prospektində “Mercedes” markalı avtomobillə paytaxt sakini vurulub.
DİN-dən Unikal.org-a verilən məlumata görə, dekabrın 10-da saat 7 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini Zaur Osmanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Məhbubə Alıyevanı vurub və nəticədə qadın hadisə yerində ölüb.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.