“Seltik”in forvardı Li Qriffits futbolçu karyerasına fasilə verib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Seltik” klubunun baş məşqçisi Brendan Rocers Şotlandiya mətbuatına açıqlamasında bildirib. O, Qriffitsin sağlıq problemləri səbəbindən bir müddət futbol oynamayacağını açıqlayıb.
Qriffits cari mövsümdə “Seltik” formasıyla 20 qarşılaşmada iştirak edərək, 6 qol vurub. 28 yaşlı futbolçu 19 dəfə də Şotlandiya millisinin şərəfini qoruyub.