Avropa Liqasında qrup mərhələsinin 6-cı turunun oyunlarından sonra UEFA-nın yeni reytinqi açıqlanıb.
Unikal.org xəbər verir ki, Azərbaycan reytinq siyahısında yerində sayıb.
Hazırda UEFA reytinqində 55 ölkə arasında 26-cı pillədəyik. Azərbaycanın hesabında 19.000 reytinq xalı var. Onun 2.375-i cari mövsümdə qazanılıb.
Azərbaycandan bir pillə öndə qərarlaşan Polşa və Qazaxıstanın hesabında 19.250 xal var. Ölkəmizi 18.625 xalı olan İsrail izləyir.
Qeyd edək ki, ötən gün Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi “Qarabağ” növbəti oyununu keçirdi. Ağdam klubu səfərdə İngiltərə təmsilçisi