Bu gün İngiltərə Premyer Liqasının 17-ci turunun mərkəzi qarşılaşması keçirilib.

Unikal.org bildirir ki, "Liverpul" doğma meydanında "Mançester Yunayted"i qəbul edib. Oyun ev sahibinin fəal hücumlarıyla başlayıb və "Liverpul" 24-cü dəqiqədə S.Manenin qolu ilə hesabda önə keçib - 1:0.

Oyunun 33-cü dəqiqəsində qonarlar hesabı bərabərləşdirə bilib - 1:1. Qonaqların heyətində qolu C.Linqard vurub.

Oyunun 73-cü dəqiqəsində meydana daxil olan C.Şaqiri matçın taleyini həll edib. Belə ki, C.Şaqiri 73-cü dəqiqə hesabl 2:1, 80-ci dəqiqədə isə 3:1 edib.
Oyun ev sahibinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.