"Böyük Britaniya parlamenti Avropa İttifaqı üzvlüyündən çıxmaq barədə sazişə dair səsverməni 2019-cu il yanvarın üçüncü həftəsində keçirəcək".

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Tereza Mey İcmalar palatasındakı çıxışı zamanı bildirib.

Tereza Mey  bildirib ki, səsverməöncəsi müzakirələrə yanvarın 7-də qayıdacaqlar: “Bundan sonrakı həftədə isə səsvermə keçirəcəyimizi bu gün təsdiq edə bilərəm”.

Qeyd edək ki, ilkin olaraq dekabrın 11-nə təyin edilən səsvermə noyabrın 25-də Avropa İttifaqı ilə razılaşdırılan sazişin İcmalar palatası tərəfindən narazılıqla qarşılanması səbəbindən təxirə salınmışdı.