“Barselona”nın futbolçusu Lionel Messi yeni rekorda imza atıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, argentinalı forvardın rekordu La Liqanın 16-cı turunda səfərdə “Levante”yə 5:0 hesabıyla qalib gəldikləri oyunda qeydə alınıb.

Sözügedən qarşılaşmada het-trik edən 31 yaşlı futbolçu “Barselona” ilə La Liqada 323-cü qələbəsini qazanıb. Bununla da o, keçmiş komanda yoldaşı Xavinin rekordunu yeniləyib. Xavi “Barselona”yla 322 qələbə qazanmışdı.