“Mançester Yunayted” baş məşqçisi Joze Mourinyoyla yollarını ayırıb.

Unikal.org xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Mourinyonun postunu tərk etməsinə səbəb, komandanın cari mövsümdəki uğursuz çıxışı olub. “Qırmızı şeytanlar” son olaraq, “Liverpul”a 1:3 hesabıyla məğlub olub.

MY Premyer Liqada turnir cədvəlində 17 turdan sonra 26 xalla 6-cı pillədə qərarlaşıb.