Jurnalist Qulu Məhərrəmli AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunda Monitorinq şöbəsinin müdiri vəzifəsindən çıxarılıb.
Unikal.org-a daxil olan məlumata görə, Q.Məhərrəmli vəzifə səlahiyyətlərini lazımi səviyyədə yerinə yetirə bilmədiyi üçün işdən kənarlaşrıdırlıb. Onu da nəzərə çatdıraq ki, Q.Məhərrəmliyə bir müddət əvvəl işə vaxtı-vaxtında gəlmədiyi üşün töhmət də verilib.
Nəhayət, iş qaydalarını mütəmadi pozduğuna görə, İnstitut rəhbəliyinin əmri ilə işdən çıxarılıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktor əvəzi, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu faktı unikal.org-a təsdiqləyib. O bildirib ki, həqiqətən də Qulu Məhərrəmli işində verdiyi nöqsanlara görə, ona dəfələrlə şiddətli töhmət verilib və sonda o, tutduğu vəzifədən kənarlaşdırılıb.