“Vest Hem”in baş məşqçisi Manuel Pelleqrini komandayla birgə məşqlərə çıxan Samir Nəsrinin gələcəyiylə bağlı danışıb.
Unikal.org xəbər verir ki, çilili mütəxəssis İngiltərə mətbuatına açıqlamasında, fransız futbolçuyla bağlı son qərarı növbəti həftə verəcəklərini deyib:
“Nəsriylə bağlı növbəti həftə qərar verəcəyik. Artıq çəkisindən xilas olmaq üçün çox çalışır”.
Orqanizmində qadağan olunmuş maddə tapıldığı üçün 18 ay müddətinə futboldan uzaqlaşdırılan Nəsrinin cəzası dekabr ayında başa çatıb.
Premyer Liqada daha öncə “Arsenal” və “Mançester Siti”də oynayan Nəsri, “şəhərlilər”lə 2 dəfə ölkə çempionluğunu qazanıb. Nəsri “Mançester Siti”də Pelleqrininin rəhbərliyi altında çıxış edib.