Bu gün Bakı-Gəncə marşrutu üzrə hərəkət edən sürətli elektrik qatarı sərnişinlərin ixtiyarına verildi. Məqsəd Gəncədən paytaxta gəlib-gedən sərnişinlərin rahatlığını təmin etməkdir.
Unikal.org xəbər verir ki, qatarın ilk sərnişinləri ADY-nin sədri Cavid Qurbanov, millət vəkilləri və KİV nümayəndələridir.İlk sərnişinlər arasında olan əməkdaşımız Famil Fərhadoğlunun məlumatına görə, Bakı-Gəncə-Bakı sürət qatarı hər ayın cüt tarixlərində Bakıdan, tək tarixlərində isə Gəncə şəhərindən saat 09:00-da yola düşəcək. Qatarın yolda olma müddəti 4 saata dəqiqə təşkil edir.
Sərnişinlərin nəzərinə çatdırırıq ki, qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur. 4 vaqondan ibarət qatarda Birinci class (9 yer), Biznes (62 yer) və Standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yer var.
Elektrik qatarlarının hər bir vaqonunda müşahidə kamerası quraşdırılıb.
30 dekabrdan etibarən Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkətə başlayacaq.Gediş biletləri dəmiryol kassalarında və internet saytında onlayn satılır.
Famil Fərhadoğlu
FOTOLAR: Zaur Səfərov