2018-ci ilin dekabrın sonuna mənzillə təmin edilmiş şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin sayı 6,7 minə çatıb.

Bu barədə Unikal.org-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Təkcə bu il Qarabağ əlilləri və şəhid ailələrinə 626 mənzil təqdim olunub.

Məlumatda bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, 2019-cu ildə azı 800 mənzilin qeyd olunan kateqoriyalara aid şəxslərə verilməsi nəzərdə tutulur.