Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının Gəncə şəhərində rəsmi qarşılanma mərasimi olub.
Unikal.org xəbər verir ki, qarşılanma mərasimində "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış ediblər.
Nəzərinizə çatdıraq ki, məşhur müğənnilər də Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı ilə Gəncəyə gedib, konsert proqramı ilə çıxış ediblər.
Qeyd edək ki, Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarı bu gün səhər saat 09:00-da yola düşüb. Qatar 4 saat sonra Gəncəyə çatıb.
Müxbir: Famil Fərhadoğlu
Foto: Zaur Səfərov