Xəbər verdiyimiz kimi dünən  Bakı-Gəncə marşrutu üzrə hərəkət edən ilk sürət qatarı Gəncəyə yola düşüb.

Unikal.org xəbər verir ki, qatarın ilk sərnişinləri ADY-nin sədri Cavid Qurbanov, millət vəkilləri və KİV nümayəndələri olub. 3 saat 46 dəqiqə sonra Gəncəyə çatan sürət qatarını Gəncə sakinləri təntənəli bayram əhval-ruhiyyəsi ilə qarşılayıb.

Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı ilə Gəncəyə gedən məşhur müğənnilər, konsert proqramı ilə çıxış ediblər.
Qeyd edək ki, Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarı 29 dekabr səhər saat 09:00-da yola düşüb. Qatar 4 saat sonra Gəncəyə çatıb.


Unikal.org-un Bakı-Gəncə-Bakı sürət qatarının açılış mərasimindən hazırladığı videoreportajı təqdim edirik:

Müxbir: Famil Fərhadoğlu

Operator: Zaur Səfərov