“Qarabağ”ın kapitanı Rəşad Sadıqov örnək addımi ilə diqqət çəkib.
Unikal.org xəbər verir ki, 36 yaşlı müdafiəçi öz “instaqram” hesabında aprel döyüşləri zamanı şəhid olmuş Raquf Orucovun oğlu ilə şəklini paylaşıb. O, paylaşımda bu sözləri qeyd edib: “Şəhid Raquf Orucovun oğlu Nihad Orucov, sənin əlini tutmaq qürurvericidir”.
Qeyd edək ki, şəkil Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda keçirilmiş “Qarabağ” - “Sportinq” oyununda çəkilib.