Almaniyanın “Hannover” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Unikal.org xəbər verir ki, Bundesliqa təmsilçisi “Ayntraxt”dan Nikolay Mülleri transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Hannover” 31 yaşlı vingeri icarə əsasında heyətinə qatıb.

Müller “Ayntraxt”la cari mövsümdə 12 qarşılaşmada iştirak edərək, 2 qol vurub.