Avstraliyanın Eşvud şəhərində keçirilən “Australian Open-2018” şahmat turniri bu gün başa çatıb.
Unikal.org xəbər verir ki, 167 şahmatçının mübarizə apardığı turnirdə 9 turdan 7,5 xal yığan Azərbaycan şahmatçısı Kənan İzzət gümüş medal qazanıb. Onunla eyni xalı bölüşən avstraliyalı Temur Kuybokarov isə turnirin qalibi olub. 3-cü yeri 7 xalla Avstraliyanın digər təmsilçisi Justin Tan tutub.
Qeyd edək ki, yarış dekabrın 27-də start götürmüşdü.