Türkiyənin “Qalatasaray” klubunun oyunçusu Eren Derdiyok karyerasını Almaniyada davam etdirə bilər. Unikal.org-un Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Hannover” 30 yaşlı hücumçunu transfer etmək fikrinə düşüb. İstanbul klubunun da təklibə müsbət yanaşdığı iddia olunur.
Qeyd edək ki, isveçrəli futbolçu bu mövsüm 18 qarşılaşmada 10 qol vurub.