Məğlubedilməz boksçu Floyd Meyvezer məşhur kikboksçu Tenşin Nasukavaya qalib gələrək 9 milyon dolarlıq mükafatın sahibi olub.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Qarışıq döyüş Sənətləriylə müqavilə bağladığı üçün qanunlara uyğun olaraq Yapon kikboksçu Tenşin Nasukava ilə üz-üzə gələn ABŞ-lı məğlubedilməz boksçu Floyd Meyvezer 2 dəqiqə ərzində rəqibini nokauta salıb. Bununla da o peşəkar karyerası ərzində qələbələrinin sayını 51-ə yüksəldib.
Matş ərzində onun gülümsəməsi də diqqətlərdən yayınmayıb. Döyüşün ilk dəqiqələrində rəqibinə yüngül zərbələr vuran və müdafiədə qalan ABŞ-lı boksçu daha sonra ardıcıl vuruşlarla Tenşi Nasukavanı ilk dəqiqənin sonunda yerə sərib.