Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) respublikanın 60 avtovağzal və avtostansiya şəbəkəsində gücləndirilmiş iş rejimini uzadıb.
Unikal.org-un məlumatına görə, bu barədə DANX-ın mətbuat katibi Nuridə Allahyarova məlumat verib:
"Bu gündən etibarən rəsmi iş günü olsa da, bayramda regionlarımızda dincəlməyə həftəsonuna qədər davam edən sərnişinlərimiz üçün Dövlət Avtomobil Nəqliyyatı Xidməti olaraq respublikanın 60 avtovağzal və avtostansiya şəbəkəsində gücləndirilmiş iş rejimini yanvar ayının 5-nə qədər uzatdıq.
Bir daha xahiş edirik ki, biletlərinizi avtovağzallarımızın kassalarından əldə edəsiniz. Əks halda qeyri-qanuni daşımalar icra edən işbazların qeyri-peşəkar sürücüləri ilə müşaiyət olunacaq səfərinizin yol-nəqliyyat hadisəsi ilə nəticələnməsinə dair risk yüksəkdir. Yolunuz açıq olsun!"