"Atletiko"nun qapıçısı Yan Oblak Sloveniyada ilin futbolçusu seçilib.
Unikal.org xəbər verir ki, ardıcıl 4-cü dəfə ilin ən yaxşısı seçilən 25 yaşlı qolkiper bu göstəricinə rekorda imza atıb.
Bundan əvvəl "İnter"in qapıçısı Samir Handanoviç 3 dəfə (2009, 2011, 2012-ci illər) Sloveniyada ilin futbolçusu seçilib.
Qeyd edək ki, Oblak ötən il "Atletiko"nun heyətində 50 oyuna çıxıb. O, 2018-ci ildə Madrid klubu ilə Avroliqanın və UEFA Superkubokunun qalibi olub.