"Yuventus" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu "Globe Soccer Awards"un versiyasına görə 2018-ci ilin ən yaxşı futbolçusu adına laiq görülüb.
Unikal.org bildirir ki, mükafatlandırma mərasimi Dubayda keçirilib. Qeyd edək ki, futbolçu bu mükafatı sayca beşinci dəfə alır, bu da rekord göstəricidir.
Mərasimdə həmçinin bir neçə başqa nominasiya üzrə də mükafatlar verilib:
"Ən yaxşı məşqçi karyerası" - Fabio Kapello
"İlin ən yaxşı qolu" - Ronaldunun ÇL-nın 1/4 finalında "Yuventus"un qapısına vurduğu qol
"İlin futbol klubu" - "Atletiko Madrid"