ABŞ-ın və bütün dünyanın əfsanəvi bokusçusu, ağır çəkili dünya çempionu Məhəmməd Əli müalicə aldığı xəstəxanada nəfəs çatışmamazlığından vəfat edib.
Unikal.org xəbər verir ki, uzun zamandır parkinson xəstəliyindən əziyət çəkən bokusçu, bir neçə gün bundan əvvəl nəfəs çatışmamazlığı ilə bağlı xəstəxanaya aparılmışdı.
Qeyd edək ki, Əsl adı Kassius Marsellus Kley olan əfsanəvi boksçu Məhəmməd Əli 1942-ci il yanvar ayının 17-də ABŞ-ın Kentukki əyalətində anadan olub. Boks tarixçiləri,idman ekspertləri,keçmiş boksçular,indiki boksçular və boks azarkeşləri tərəfindən "Bütün Zamanların Ən Böyük Boksçusu" olaraq qəbul edilən ağır çəkidə çıxış etmiş əfsanəvi peşəkar ABŞ boksçusu. Həmçinin "İnsan Hüquqları Mühafizəçisi" və ABŞ-da ilk İslam Təşkilatının Liderlərindən biri. 1960-cı ildə Romada keçirilən XVII Yay Olimpiya Oyunlarında orta ağır çəkidə (81 kq) boks yarışlarının qalibi. TIME jurnalının açıqladığı "Tarixin Ən Dahi 100 Şəxsiyyəti" arasında adı olan yeganə idmançı. Məhəmməd Əli ESPN tərəfindən idman tarixin ən yaxşı idmançısı seçilib. O bu siyahıda Michael Jordan,Lance Armstrong,Tiger Woods,Diego Maradona və Wayne Gretzky kimi əfsanəvi idmançıları geridə qoyub. Məhəmməd Əli-nin ən məşhur və az qala əfsanəyə çevrilən deyimlərindən biridə bu olmuşdur: Əsla mənə yaxşı olduğumu söyləməyin çünki mən Ən Yaxşılarında Yaxşısıyam.
1964-1966, 1974-1978-ci illərdə ağır çəkidə mütləq dünya çempionu. 1974-1978-ci illərdə WBC, 1967, 1974—1978, 1978-ci illərdə WBA versiyası üzrə dünya çempionu.
[video=http://|
]