Prezident İlham Əliyev Arif Alışanovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org-un xəbərinə görə, Sərəncamda qeyd olunur ki, Arif Nizam oğlu Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

QSC sədri vəzifəsinin icrası jurnalist Rövşən Məmmədliyə tapşırılıb.

R.Məmmədli indiyə qədər AzTV-də “Günün nəbzi” verilişinin aparıcısı olub.