Samux rayonunda intihar hadisəsi baş verib.

Unikal.org-un qafqazinfo-ya istinadən verdiyi məlumata görə, rayonun Poylu kənd sakini 1995-ci il təvəllüdlü Alıyev Nurəddin Mülayim oğlu yaşadığı evdə ov tüfəngi ilə özünə atəş açaraq intihar edib.

Gəncin hansı səbəbdən özünü öldürdüyü məlum deyil.

Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır.