Bakı şəhərinin Səbail rayonunda üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 170 m² olan 4 otaqlı mənzilin bir otağında ev əşyaları 8 m² sahədə yanıb.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.