Ötən gün gecə saatlarında Biləsuvar rayonunda baş verən ağır yol qəzası zamanı ölən 3 nəfərdən birinin və yaralananların şəxsiyyəti məlum olub.

Unikal.org Report-a istinadən xəbər vrir ki, qəza nəticəsində hadisə yerində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onlardan 1966-ci il təvəllüdlü Abşeron rayonu Hökməli qəsəbə sakini Elmira Əli Ağasəfər qızı xəstəxanada keçinib. Bununla da ölənlərin sayı 3-ə çatıb.

Digər iki yaralı - 1953-cü il təvəllüdlü Bakı şəhəri, Biləcəri qəsəbə sakini 1953-cü il təvəllüdlü Dəmirova Vəli Baxış qızının vəziyyəti ağır olduğundan, o, reanimasiya şöbəsinə yerləşdirilib, 2003-cü il təvəllüdlü Həşimov Qəyyum Dəyanət oğluna isə tibbi yardım göstərilərək, evə buraxılıb.

Hazırda ölən iki şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

00:47

Biləsuvarda aşan mikroavtobusda 3 nəfər ölüb.

Unikal.org xəbər verir ki, hadisə nəticəsində daha 2 nəfər yaralanıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Yaralılar xəstəxanaya yerləşdirilib. Məlumata görə, mikroavtobus İrandan geri qayıdırmış.

xxx

Biləsuvarda mikroavtobus aşıb. 

Unikal.org   qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun Biləsuvar rayon ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, yolda hərəkətdə olan mikroavtobus aşıb. Nəticədə ölən və yaralananlar var.

Sərnişinlərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.