Cəlilabad rayonunda ev əşyaları ilə birgə yanaraq külə dönüb.
Unikal.org xəbər verir ki, hadisə gecə saatlarında Cəlilabadın Alar kəndində baş verib. Kənd sakini Rəcəb Balakişiyevə məxsus bir mərtəbəli,dörd otaqlı ev əşyaları ilə birgə, həyətdə olan yardımçı tikili yanaraq yararsız hala düşüb.
Hadisə yerinə FHN-nin yanğından mühafizə xidmətinin texnikası və canlı qüvvəsi cəlb olunub. Alov ram edilib və digər ərazilərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.