İstanbulda son üç ildə 5 azərbaycanlının cinayətə qurban getməsinin səbəbi məlum olub.

Unikal.org Türkiyə mətbuatına istinadən qəzetinə istinadən xəbər verir ki, İstanbul polisi ötən il baş verən cinayət hadisəsini araşdıran zaman maraqlı detalları üzə çıxarıb. 2018-ci il avqustun 8-də yerli vaxtla 10:30-da Qaziosmanpaşa Hürriyyət məhəlləsində azərbaycanlı Gəncəli Əliyev qətlə yetirilib.

Şübhəli həmin vaxt hadisə yerindən qaçmağa nail olub.  Lakin Azərbaycan vətəndaşı Gəncəli Əliyevi tapanca ilə vuraraq öldürməkdə şübhəli bilinən həmyerlisi 31 yaşlıSahib M. uşağını müalicə üçün apardığı xəstəxanada saxlanılıb. Şübhəli ilə yanaşı, yanındakı Turan M. və Rişal H. də tutulub.   

Məlum olub ki, cinayətin törədildiyi məhəllədə bir müddətdir azərbaycanlılar arasında silahlı insidentlər yaşanır. Belə ki, 2015-ci ildə Sahib M.-in böyük qardaşı Sultangazidə Natiq G. və atası Yapon G. tərəfindən silahla vurularaq qətlə yetirilib. 

2015-ci il yanvarın 15-də Sahib M. iki dostu ilə birlikdə qardaşının qətlində şübhəli bildiyi Misirxan Əliyevi Qaziosmanpaşada güllələyərək, öldürüb. 

Elə həmin ilin avqustun 8-də Sahib M. bu dəfə Gəncəli Əliyevi həmin məhəllədə qətlə yetirib. Avqustun 22-də isə Sahib M.-in qohumu olduğu deyilən Ramil Məmmədov qətlə yetirilib. Bu hadisədə təqsirli bilinən Asif A. tutulub. 

Oktyabrın 7-də Qaziosmanpaşada Ruhil Ağayev Sahib M.-in qohumları Qasım M. və onun qardaşı Mübariz M. tərəfindən öldürülüb. . 

Dindirilmə zamanı Sahib M. ona qarşı irəli sürülən ittihamı qəbul etməyib. O həbs olunub. Onunla birlikdə saxlanılan Turan M. və Rişal H. azadlığa buraxılıb.