Ermənistanın 2 ildir girov saxladığı azərbaycanlı girov Elnur Hüseynzadədə azad olunub.
Unikal.org erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Dağlıq Qarabağdakı separatçı rejimin "prokurorluğu” məlumat yayıb.
Onlar azərbaycanlı girovun fevralın 2-də həbsdən azad olunduğunu açlıqlayıb.
Qeyd edək ki, Elnur Hüseynzadə 2017-ci ilin fevralında Tərtərin Talış kəndi istiqamətində erməni hərbçilərin əlinə keçmişdi.