Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sdəri, mllət vəkili Cavid Osmanov Ağdaş rayonunun Aşağı Nemətabad kəndində sakinlərlə görüş keçirdi. Görüş iştirakçıları Cavid Osmanovu yüksək əhval ruhiyyə ilə qarşıladılar. Sakinlərlə görüşən Cavid Osmanov son illər ərzində ölkədə görülən işlərdən söhbət açaraq Azərbaycanın tarixində olmayan bir inkişaf dövrü yaşadığını qeyd etdi.
Unikal.org Paytaxt Bakı ilə yanaşı regionlarda da həyata keçirilən çoxsaylı infrastruktur layihələri, aparılan abadlıq-quruculuq işlərinin deyinlərə bariz nümunə olduğunu qeyd etdi. Eyni zamanda Ağdaş rayonunda da irimiqyaslı işlərin getdiyini görüş iştirakçılarının diqqətinə çatdıraraq bu prosesin onların gözü qarşısında yaşandığını vurğulayan millət vəkili Cavid Osmanov bütün bunların ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi olmasını bildirdi. 2018-ci ilin ölkəmiz üçün uğurlu il olduğunu bildirən millət vəkili dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq, Azərbaycanın uğurla, sürətlə inkişaf etdiyini, ölkənin hərtərəfli dinamik inkişafının təmin olunduğunu vurğuladı.
Millət vəkili Cavid Osmanov Azərbaycanın inkişafını gözü götürməyən bəzi dairələrin olduğunu və həmin dairələrin radikal və anti-milli mövqe tutmuş şəxsləri ölkədə sabitliyi pozmağa yönəltdiklərini bildirərək bu gün özünü müxalifət adlandıran şəxslərin çirkin niyyətlərinin olmasının cəmiyyətdə hər kəsə bəlli olduğundan da söz açdı.
Görüşdə Tanrıverdi Kərimov, Kamil Əhmədov, Əli Əkbərov, Zeynəb Bayramzadə, Məhəmməd Abdurahmanov, Elməddin Bəxtiyarov və Calal Həsənov çıxış edərək bildirdilər ki, Aşağı Nemətabad kəndinə təbii qazın verilməsi onları xüsusilə sevindirmişdir. Çıxış edənlər qeyd etdilər ki, bu gün Azərbaycan sabitlik və təhlükəsizlik məkanıdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi Azərbaycanın uğurlu inkişaf modelinin əsas qayəsi ondadır ki, ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir. Çünki bu siyasət xalqımızın rifah halının yaxşılaşmasına hesablanıb, bu siyasət ölkəmizin güclü dövlətə çevrilməsinə hesablanıb. Məhz uğurla həyata keçirilən bu siyasət nəticəsində bu gün Azərbaycan dünyanın müxtəlif kürsülərindən öz sözünü açıq deyir, öz müstəqil siyasətini aparır, öz maraqlarını tam şəkildə qoruyur. Kənd sakinləri cənab Prezidentimiz İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti ürəkdən bəyəndiklərini və bundan sonra da hər zaman bu siyasətə dəstək olacaqlarını bəyan etdilər.