İyunun 7-də axşam saatlarında İrəvanın mərkəzində 5 erməni hərbçinin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Unikal.org-un APA-ya istinadən verdiyi xəbərə görə, içərisində sürücü ilə birlikdə 5 hərbçinin olduğu "UAZ" markalı avtomobil "Hundai" markalı minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində "UAZ"-da olan hərbçilərin hamısı və "Hundai" markalı avtomobilin sürücüsü müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Xəsarət alanlardan bir nəfərin – "UAZ"-ın sürücüsünün vəziyyəti ağırdır.