Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Unikal.org xəbər verir ki, Rusiya lideri Türkiyə Prezidentini doğum günün münasibəti ilə təbrik edib.

V.Putin Türkiyə-Rusiya əlaqələrinin inkişafı üçün göstərdiyi səylərə görə R.T.Ərdoğana təşəkkür edib. O, cari ilin aprelində keçiriləcək Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısına hazırlıqların başladığını deyib. 

Qeyd edək ki, R.T.Ərdoğan 1954-cü il fevralın 26-da Türkiyənin İstanbul şəhərində anadan olub. Bu gün onun 65 yaşı tamam olur.