Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinin dəstəyi ilə Mədəniyyət Mərkəzində anım mərasimi keçirilib.
Unikal.org xəbər verir ki, tədbirdə rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri və rayon ərazisində məskunlaşmış Xocalıdan olan məcburi köçkün və şəhid ailələri iştirak ediblər.
İştirakçılar əvvəlcə mərkəzin foyesində təşkil olunmuş rəsm sərgisi ilə tanış olublar.
Tədbir şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Daha sonra Xocalı həqiqətlərindən bəhs edən videoçarx nümayiş olunub.
Anım mərasimində Abşeron Rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivlərinin ifasında Şükufə Musayevanın əsərinin motivləri əsasında hazırlanmış “Əsgər olacam” kompozisiyası təqdim edilib. Səhnə əsəri Xocalı şəhərinin işğalı zamanı əsir düşmüş uşaq, qadın, qocaların başına gətirilən müsibətləri, əhalinin faciəvi taleyi, ermənilərin vəhşilyi, şəhərin yer üzündən silinməsi, bu soyqrıma dünyanın göz yumması, nəhayət Xocalının azad olunması günün yaxınlaşmasından bəhs edilib.