Mingəçevirdə dəmir toplayan Yevlax sakinini cərəyan vurub.

Unikal.org-un məlumatına görə, hadisə Yeni Həyat qəsəbəsində qeydə alınıb. Dəmir tullantılarının alqı-satqısı ilə məşğul olan, Yevlax şəhər sakini, 1978-ci il təvəllüdlü Heydərov Elbariz Əlisahib oğlu almaq istədiyi metalı yoxlayarkən onu elektrik cərəyanı vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.