Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un əldə etdiyi məlumata görə, bu gün səhər saat 8 radələrində Hövsan şosesində Nəqliyyatda Baş Polis İdarəsinin yaxınlığında Əfsərov Hüseyn Arif oğlunun idarə etdiyi 90-FU-757 dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobil piyada 1956-cı il təvəllüdlü Vəliyev Eldar Səfər oğlunu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Famil Fərhadoğlu