Bakının Nərimanov rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub.

Unikal.org xəbər verir ki,   yanğın zamanı Laçın rayonundan məcburi köçkün kimi yataqxanada məskunlaşmış 1951-ci il təvəllüdlü Əliyev Surxay Yusif oğlu və həyat yoldaşı, 1953-cü il təvəllüdlü Əliyeva Elza İdris qızı tüstüdən zəhərlənərək ölüblər.
Ümumilikdə hadisə nəticəsində 8 nəfər zərər çəkib. Qalan 6 nəfərdən 1-i Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 5-i isə Toksikologiya Mərkəzinə yerləşdirilib.

Çətinliklə də olsa, yanğnsöndürənlər yanğını söndürməyə müvəffəq olublar.