Qazaxıstanın Aktobe vilayətində cümə günü keçirilən antiterror əməliyyatları zamanı beş terrorçu məhv edilib, iki polis əməkdaşı yaralanıb.
Unikal.org azvision.az-a istinadən bildirir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.
Xatırladaq ki, mayın 5-dən etibarən Qazaxıstanın Aktobe vilayətinin eyniadlı inzibati mərkəzi Aktobe şəhərində terrorçulara qarşı əməliyyat keçirilir.
Məlumata görə, naməlum silahlı şəxslər şəhərdə iki silah mağazasına, eləcə də Milli Qvardiyanın hərbi hissəsinə hücum ediblər.
Daxili İşlər Nazirliyinin məlumatına görə, hücum edənlərdən biri saxlanılıb, üçü öldürülüb, biri isə yaralanıb. Bir neçə cinayətkar isə qaçıb gizlənə bilib. Hazırda onların tutulması istiqamətində əməliyyat aparılır.
Xəbərə əsasən, Aktoba şəhərində "antiterror əməliyyatı rejimi" elan olunub. İyunun 7-si keçirilən əməliyyatlar nəticəsində isə 13 ekstremist öldürülüb, 7 nəfər yaralanıb. 7 cinayətkar isə axtarışdadır.