Göyçay rayonuna yeni başçı təyinatı olub.
Unikal.org-un məlumatına görə, Mübariz Ağayevin yerinə Mehdi Səlimzadə təyin edilib.
Qeyd edək ki, Mehdi Səlimzadə bundan əvvəl Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi vəzifəsində çalışıb.
***
M.İ.Səlimzadənin Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Mehdi İldırım oğlu Səlimzadə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti