Fransa Xarici İşlər Nazirliyi yanında Avropa işləri naziri Natali Luazo, Rəqəmsal iqtisadiyyat üzrə dövlət katibi Münir Mahjubi və Fransa hökumətinin sözçüsü Benjamin Qrivo vəziflərindən istefa veriblər.

Unikal.org xəbər verir ki, bu barədə məlumat Yelisey Sarayının kommünikesində yer alıb. Onların hansı səbəbdən istefa verdiyi açıqlanmır.

Qeyd edək ki, bir neçə müddətdir yerli KİV Fransa Xarici İşlər Nazirliyi yanında Avropa işləri naziri Natali Luazo, Rəqəmsal iqtisadiyyat üzrə dövlət katibi Münir Mahjubi və Fransa hökumətinin sözçüsü Benjamin Qrivonun istefa verəcəyi barədə məlumatlar dərc edirdi.