Qvatemalanın Solola departamentinin Nauala rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org-un məlumatına görə, yük avtomobilinin insanların üstünə sürülməsi nəticəsində 30 nəfər həlak olub.
İlkin ehtimala əsasən, sürücü qəzadan yayınmaq üçün maşının istiqamətini dəyişib, lakin daha böyük faciə baş verib.
Hazırda xəstəxanada 3 yaralı var.
Qvatemala hakimiyyəti ölkədə 3 günlük matəm elan edib.