Bir müddət əvvəl Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulianın evindən oğurluq edən şəxs saxlanılıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü şəxsdir. G.Kobulianın Daba Tsxneti qəsəbəsindəki bağ evinə qanunsuz daxil olaraq müxtəlif əşyalar oğurlayıb və hadisə yerindən qaçıb.
Oğurlanmış əşyaların bir hissəsini maddi sübut kimi götürülüb.
Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilir ki, həmin gənc bir müddət əvvəl şərti cəza alıb. Faktla bağlı istintaq aparılır, saxlanılan şəxsi 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Nazir Giorgi Kobulia isə jurnalistlərin bu barədə suallarını cavabsız qoyub və "Evimdən oğurluq haqqında heç nə deyə bilmərəm. Bu şəxsi məsələdir" deyə bildirib.