Ermənistanda səhiyyə nazirinin müavini saxlanılıb.
Unikal.org xəbər verir ki, bu barədə məlumatı "Pastinfo" yazıb. Qeyd olunub ki, nazir müavini rüşvət alan zaman Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Nazir müavinin adı hələlik açıqlanmır.