İsrail əsgərləri Qəzza zolağının sərhədində təşkil olunan “Böyük Qayıdış Yürüşü” aksiyasına müdaxilə edib.

Unikal.org xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi əsgərlərin açdığı atəş nəticəsində 2 fələstinlinin öldüyünü və 10 nəfərin yaralandığını bildirib.

Nazirlik, həmçinin, onu da qeyd edib ki, aksiyada 23 nəfər isə plastik güllə, güllə qəlpəsi və gözyaşardıcı qaz bombasından xəsarət alıb.